Tərbizin səsi Kanadada eşidiləcək

 

“Tərbiz” sənədli filmi Kanadanın Montreal şəhərində keçiriləcək Beynəlxalq Metropolis Forumunda nümayiş etdiriləcək.

Bu barədə Güney Azərbaycanın başkəndi Təbriz Bələdiyyəsi Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mir Etimad Emadi deyib. Onun sözlərinə görə, sənədli filmdə Təbrizin turizm məkanları, Güney Azərbaycanın inkişaf perspektivləri, bölgə əhalisinin tarix və mədəniyyəti, həmçinin bölgədəki elmi-texniki nailiyyətlərdən bəhs olunur. Mir Etimad Emadi Tərbizin növbəti ildə Metropolis Foruma ev sahibliyi etməyə namizəd olduğunu da diqqətə çatdırıb.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

 

09:13