Trampın qərarı Yaxın Şərqi yanğın yeri etdi - Toqquşmalar başlayıb / FOTOLAR

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trampın etirazlara baxmayaraq, Qüdsü (Yerusəlim) İsrailin paytaxtı elan etməsi qarşıdurmaya səbəb olub.

Xudaferin.eu-nun məlumatına görə, o, miqrantların və İslamın düşməni adlandırılıb. Fələstində onun əleyhinə keçirilən etiraz aksiyalarında Trampın posterləri və ABŞ bayraqları yandırılıb.

"Haaretz" qəzetinin yazdığına görə, İsrail əsgərləri və fələstinli nümayişçilər arasında İordan çayının qərb sahilində və Qəzzada qarşıdurma yaşanıb. Məlumata görə, İsrail əsgərləri Qəzza sərhədinə toplaşanları uzaqlaşdırmağa çalışır.

Məlumata görə, 14 nümayişçi bibər qazından, 2 fələstinli isə plastik güllələr səbəbindən yaralanıb. “Reuters” xəbər agentliyi çoxlu sayda adamın yaralandığı qarşıdurmaların fotolarını yayımlayıb.

Rəmallah, Tulkarm və Nablusda yüzlərlə nümayişçi etiraz aksiyalarına qoşulub. Onlar İsrail və ABŞ bayraqlarını, Trampın posterlərini yandırırlar. Pakistanın Pişəvər şəhərində keçirilən nümayişlərdə də eyni vəziyyət yaşanıb.

Qeyd edək ki, bölgədə gərginlik davam edir.

Xudaferin.eu

18:27