ABŞ, PYD/PKK terrorçularını açıq-aşkar silahlandıracaq
Artıq Suriyaya ABŞ ağır hərbi texnikalar göndərməyə başladı
ABŞ Müdafiə Nazirliyi, yəni Pentaqon, Birləşmiş Ştatların prezidenti Donald Trampın PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-yə silah və ağır texnika verilməsi təlimatını dünən imzaladığını açıqlayıb. Pentaqonun mətbuat katibi Dana Vayt bu məsələ ilə bağlı mətbuata yazılı şəkildə açıqlama verib: “Dünən prezident Tramp İŞİD qarşısında Rakkada zəfər qazanmaq üçün lazım gələrsə, Suriya Demokratik Qüvvələrinin (SDQ) kürd yaraqlılarını təhcizatlandırmaq üçün müdafiə nazirliyinə tapşırıq verib”.
Vayt, PYD/PKK-nın başında durduğu SDQ-nin “Rakkanı yaxın zamanda müvəffəqiyyətli şəkildə ala biləcək yeganə qüvvə olduğunu” iddia edib. Türkiyənin PYD/PKK ilə bağlı təhlükə narahatlığından xəbərdar olduqlarını bildirən Vayt deyib: “ ABŞ-ın NATO-dakı müttəfiqi olan Türkiyənin hökuməti və xalqına Türkiyənin əlavə təhlükəsizlik risklərini əngəlləmək və NATO müttəfiqimizi qorumaq məsələləsi ilə bağlı təminat vermək istəyirik”.
ABŞ-ın hələ də SDQ-nin ərəb qruplarını üstün tutduğunu iddia edən Vayt Rakka və azad edilmiş bütün bölgələrin idarəsinin yerli suriyalı ərəblərə verilməsinin lazım olduğunu da bildirib.
Silahlarla bağlı açıqlama
Digər tərəfdən, başqa bir Pentaqon səlahiyyətlisi “Anadolu Agentliyi”nin müxbirinə verdiyi açıqlamada deyib: “Verilən silahların tərkibində kiçik silahlar, silah-sursat, avtomat tüfənglər, zirehli və zirehli olmayan texnika və texniki avadanlıq olacaq”.
ABŞ-ın PYD/PKK terror təşkilatına “əlaltından” verdiyi yardımların rəsmiləşdirilməsi Ankara ilə Vaşinqton arasında gərginlik yarada biləcəyi bildirilir.
Tramp fərman imzaladı

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”
09:49
Digər xəbərlər