Tiflisdə antiterror əməliyyatı başa çatıb

 

Gürcüstanın başkəndi Tiflisdə keçirilən antiterror əməliyyatı başa çatıb, terrorçular zərərsizləşdirilib. Terrorçuların sayı və yaralılar barədə dəqiq məlumat verilmir. Amma xüsusi təyinatlılar arasında yaralıların olduğu bildirilir.

Xatırladaq ki, noyabrın 22-də Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti gecə saatlarında Tiflisn İsani-Samqori rayonu ərazisində terrorçuluqda şübhəli bilinən şəxslərin zərərsizləşdirilməsi əməliyyatı başlayıb. Terrorçulara əvvəlcə təslim olmaq barədə xəbərdarlıq olunub. Lakin terrorçular təslim olmayıb və xüsusi təyinatlılara qarşı müxtəlif silahlardan atəş açmağa başlayıblar. Bundan sonra əraziyə zirehli texnika və canlı qüvvə gətirilib. Terrorçuların yerləşdiyi binada və ətraf binalarda çoxlu sayda mülki şəxs yaşadığı üçün əməliyyat 20 saatadək davam edib.

 

Əməliyyat zamanı 3 terrorçu öldürülüb

 

İsani-Samqori rayonu ərazisindəki Qabriel Salou prospektindəki yaşayış binalarının birində həyata keçirilən antiterror əməliyyatı zamanı bir terrorçu sağ ələ keçirilib, 3 terrorçu öldürülüb. Bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Nino Qiorqobiani bu gün keçirdiyi brifinqdə məlumat verib. Əməliyyat zamanı xüsusi təyinatlı dəstənin iki üzvü və Daxili İşlər Nazirliyinin əməkdaşları yaralanıb. Xüsusi təyinatlı dəstənin səhər saatlarında yaralanmış üzvü xəstəxanada ölüb.

Xudaferin.eu
Gürcüstan, “Tiflis Bürosu”

 

09:40