Stoltenberq: “NATO əsgərləri Suriyada döyüşməyəcək”

 

“NATO-nun Suriya münaqişəsində iştirakı gündəmdə deyil”.

Bunu, NATO baş katibi Yens Stoltenberq “Spiegel”ə müsahibəsində deyib. Onun sözlərinə görə, NATO əsgərləri Suriyadakı vətəndaş müharibəsində iştirak etməyəcək.

Lakin baş katib İŞİD-ə qarşı döyüşən İraq əsgərlərinə ilin əvvəlindən təlim verən NATO hərbçilərinin sayının artırılmasını istisna etməyib: “Fikrimcə, İraq və Əfqanıstanda yerli döyüşçülərə təlim verilməsi terrora qarşı ən yaxşı silahdır”.

Azadliq.info

 

09:16