Son 5 ildə dünyada 530 jurnalist qətlə yetirilib

 

Noyabrın 2-də bütün dünyada “Jurnalistlərə qarşı cəzasız cinayətlərə son qoyulması günü” qeyd olunur. YUNESKO-nun məlumatlarında bildirilir ki, təkcə son 5 ildə (2012-2016-cı illərdə) dünyada 530, son 11 ildə isə 930 jurnalist həlak olub. BMT-nin məlumatlarına görə, 2017-ci ilin ilk on ayı ərzində 47 KİV əməkdaşı öldürülüb. Bu halda orta hesabla hər 10 hadisədən 9-da belə cinayətləri törədənlər cəzasız qalır.

BMT-nin məlumatına görə, 2012-ci ildən bəri ərəb ölkələri regionu jurnalistlər üçün ən təhlükəli regiondur. Bu isə, ilk növbədə, Suriya, İraq və Yəməndə silahlı münaqişələrlə əlaqədardır. BMT Baş Assambleyasının 2013-cü ildə qəbul edilmiş qətnaməsinə əsasən noyabrın 2-si “Jurnalistlərə qarşı cəzasız cinayətlərə son qoyulması günü” elan edilib. Bu tarix 2013-cü il noyabrın 2-də Fransa radiosunun Malidə qətlə yetirilmiş iki jurnalistinin xatirəsinə ehtiram əlaməti kimi seçilib.

 

Xudaferin.eu

"Avropa Bürosu"

 

10:12