Şəki Türkiyənin Göynük bələdiyyəsi ilə qardaşlaşdı
Azərbaycanın Şəki şəhəri ilə Türkiyənin Bolu vilayətinin Göynük bələdiyyəsi qardaşlaşıb. Bununla bağlı protokolu Göynük bələdiyyəsinin sədri və İpək Yolu Bələdiyyələr Birliyinin rəhbəri Kamal Kazan və Şəki şəhər bələdiyyəsinin sədri Elşad İbadov imzalayıblar. Göynükdə keçirilən imzalanma mərasimində bildirilib ki, bu razılaşma Türkiyə ilə Azərbaycan arasında tarixi və mədəni əlaqələri daha da gücləndirəcək və iki şəhər arasında, xüsusilə turizm sahəsində əməkdaşlıq əlaqələri qurulacaq.
Qeyd edək ki, Şəkinin ən nəhəng bölgələrindən biri də Göynük kəndidir. Bu kənd Şəki-Zaqatala bölgəsi boyunca tarix boyu Rusiyanın işğalçı siyasətinə əsas qarşı mübarizə mərkəzi olub. Sonuncu dəfə bu kənddə 1935-1937-ci illərdə sovet rejiminə qarşı ən böyük üsyan mərkəzi rolunu oynayıb. Bununla yanaşı, Türkiyənin Bolu şəhərinin Göynük kəndinin əhalisini çoxu bir zamanlar Azərbaycanın Şəki, Qax, Zaqatala, Oğuz, Balakən və Qəbələ bölgələrindən köç etmiş miqrantların sayəsində intişar tapıb. İndi hər iki qardaş bölgə arasında qardaşlıq münasibətlərinin yenidən qurulması Bir Millət İki Dövlət aanlayşına xidmət etməkdədir.

Xudafərin.eu
“Şəki Bürosu”
16:20
Digər xəbərlər