Şamaxıda M.Ə.Sabirin yaradıcılığına həsr olunan VIII bədii qiraət müsabiqəsinə yekun vurulub

Şamaxıda Mirzə Ələkbər Sabir yaradıcılığına həsr olunan VIII bədii qiraət müsabiqəsinə yekun vurulub.

Xudaferin.eu xəbər verir ki, yekun müsabiqədə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov, Milli Məclisin deputatı Elxan Süleymanov və başqaları iştirakçıları təbrik ediblər. Bildirilib ki, artıq səkkizinci ildir keçirilən M.Ə.Sabirin yaradıcılığına həsr olunan bədii qiraət müsabiqəsi rayonun mədəni həyatında mühüm yer tutur. Çıxışlarda Mirzə Ələkbər Sabirin yaradıcılığından, onun poeziyasının əhəmiyyətindən danışılıb, görkəmli satira ustasına xalq məhəbbətindən söz açılıb.

Qeyd edək ki, Şamaxının təhsil müəssisələrinin şagird və tələbələri arasında keçirilən müsabiqənin final turunda 100 nəfərə yaxın iştirakçı qalib adı uğrunda mübarizə aparıb.

Sabir yaradıcılığının tədqiqatçılarından ibarət münsiflər heyəti iştirakçıların bacarıqlarını qiymətləndirib, qaliblərə diplom və pul mükafatları verilib.

Xudaferin.eu

14:13