Salvador sahillərində 5,9 bal gücündə zəlzələ olub

Salvador sahillərində Rixter şkalası ilə 5,9 bal gücündə zəlzələ baş verib.

Xudaferin.eu-nun “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin ətraf mühitin və təbiət resurslarının mühafizəsi nazirliyi özünün "Twitter" səhifəsində məlumat yayıb.

Zəlzələ ölkənin paytaxtı San-Salvadorda da hiss olunub. Seysmoloqların dediyinə görə, zəlzələnin episentri Çinandeqa şəhərindən 77 km qərbdə, 100 km dərinlikdə qeydə alınıb.

 

xudaferin.eu

09:59