2016-cı ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən illə müqayisədə 12,1 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən fins.az-a bildiriblər ki, 1 ildə ərzaq məhsullarının qiymətləri 14,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,8 faiz artıb. 11 ayda əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri də 5,6 faiz bahalaşıb. 2016-cı ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,7 faiz , o cümlədən ərzaq məhsullarının qiymətləri 2,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,3 faiz bahalaşıb.
Ay ərzində bu məhsullar bahalaşıb:
Düyü, un, qarabaşaq yarması, peçenye və paxlava, makaron məmulatları, mal, qoyun və toyuq əti, balıq məhsulları, kolbasa məmulatları, süd məhsulları, pendir, yumurta, kərə və bitki yağları, şəkər və şəkər tozu, qəhvə, çay və kakao, spirtli içkilər, armud, nar,
heyva, pomidor, xiyar…
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Noyabr ayında oktyabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarının qiymətlərində də artım olub.
Parçalar, geyim və ayaqqabılar, inşaat materialları, dərmanlar, mebel və ev əşyaları, zərgərlik məmulatları, xalça və digər döşəmə örtükləri, ev üçün toxuculuq məmulatları, şüşə məmulatları, yemək qabları və əşyaları, məişət cihazları, fərdi kompüterlər, dəftərxana ləvazimatları, kitablar, minik avtomobilləri üçün ehtiyat hissələri bahalaşıb. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqlarının, məişət cihazlarının, avtomobillərin təmiri xidmətlərinin, dəmiryol, hava və dəniz nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində bahalaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ərzaq məhsulları sürətlə bahalaşır

Bu məhsullar isə ucuzlaşıb:
Banan, alma, limon, naringi, xurma, şabalıd, kələm, göyərti, kök, soğan…
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Noyabr ayında oktyabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarının qiymətlərində də artım olub.
Parçalar, geyim və ayaqqabılar, inşaat materialları, dərmanlar, mebel və ev əşyaları, zərgərlik məmulatları, xalça və digər döşəmə örtükləri, ev üçün toxuculuq məmulatları, şüşə məmulatları, yemək qabları və əşyaları, məişət cihazları, fərdi kompüterlər, dəftərxana ləvazimatları, kitablar, minik avtomobilləri üçün ehtiyat hissələri bahalaşıb. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqlarının, məişət cihazlarının, avtomobillərin təmiri xidmətlərinin, dəmiryol, hava və dəniz nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində bahalaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Azadlıq.info
13:28
Digər xəbərlər