Rusiyalı deputatlar Ermənistan patriarxından xalqa müraciət etməyi xahiş ediblər

Rusiya Dövlət Dumasının deputatları erməni apostol kilsəsinin rəhbərindən Ermənistan əhalisini qarşıdurmadan çəkinməyə və konstitusiya çərçivəsində hərəkət etməyə çağırmağı xahiş ediblər.

 

Xudaferin.eu “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Dumasının MDBməsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqə üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov erməni patriarxı ilə keçirilən görüşün yekunlarına dair bildirib.  

 

“Patriarxla görüşdük, söhbət etdik. Biz ona çağırış etdik... Dedik ki, xalqı qarşıdurmalardan çəkinməyə, hər şeyi konstitusiya çərçivəsində saxlamağa çağırsa yaxşı olardı. Allah eləməsin kimsə mənfi emosiyalara qapılsın”,  - deyə Kalaşnikov bildirib.

 

 

Xatırladaq ki, sabiq prezident S. Sərkisyanın baş nazir seçilməsinə etiraz əlaməti olaraq aprelin 13-dən başlayaraq müxalifət lideri Nikol Paşinyanın rəhbərliyi ilə İrəvan və digər şəhərlərdə kütləvi etiraz aksiyaları başlayıb. Aprelin 13-də S. Sərkisyan baş nazir postundan istefa verib. Bununla belə, N. Paşinyan Respublika Partiyasının bütövlükdə hakimiyyətdən kənarlaşmasını və yeni baş nazirin seçilməsini tələb edir.

12:44