Rusiyada zavodda partlayış olub, ölənlər var - VİDEO

Rusiyada pirotexniki vasitələr zavodunda güclü partlayış olub. 

Xudaferin.eu xəbər verir ki, hadisə Sankt-Peterburq yaxınlığında baş verib. 

Partlayış zamanı zavodda beş nəfər olub. Onlardan ikisi ölüb. 

Partlayış nəticəsində zavod binası qismən dağılıb, üç minik avtomobili yanıb.

Xudaferin.eu


 

13:19