Rusiya sərhədində ABŞ hərbi dronu aşkarlandı

Rusiyanın Kalininqrad, Leninqrad və Pskov vilayətlərinin sərhədləri yaxınlığında ABŞ hərbi hava qüvvələrinə aid “RQ-4B Global Hawk” strateji pilotsuz uçan aparatı səkkiz saatlıq uçuş həyata keçirib.

Xudaferin.eu xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Məlumata görə, “Qlobal şahin” ABŞ-ın Siciliyadakı Siqonella aviabazasından qalxıb və Baltik tərəfdən Litvanın hava məkanına daxil olub.

Dron yarım saat ərzində Kalininqradın şimal sərhədləri boyunca uçub.

Ardınca isə kəşfiyyatçı Leninqrad və Pskov vilayətlərinin sərhədləri boyunca iki saat ərzində irəliləyib.

Xudaferin.eu 

13:27