Rusiya səfirinə sui-qəsdlə bağlı - YENİ MƏLUMAT

Rusiyanın Ankaradakı keçmiş səfiri Andrey Karlova qarşı sui-qəsdin bir ilinin tamamında yeni məlumatlar ortaya çıxıb.

Xudaferin.eu-nun xəbərinə görə, Ankara Prokurorluğunun məlumatında bildirilir ki, sui-qəsdi törədən polis Mərd Altıntaşın virtual aləmdəki izlərini FƏTÖ üzvlərinin sildiyi müəyyən edilib.

Prokurorluğun məlumatında deyilir ki, cinayətkarın mobil telefonuna uzaqdan girməklə, elektron poçtundakı və sosial mediadakı bütün mesajlar silinib. Bu işlər isə onlayn şəkildə həyata keçirilib.

Məlumata görə, mesajları silən kompüterin seriya nömrəsi müəyyən edilib. Kompüterin seriya nömrəsinin virtual mühitdə yaradıldığı və ABŞ-dan idarə olunduğu müəyyən olunub. Bildirilib ki, Altıntaşın silinən elektorn məktublarının məzmununu müəyyən etmək üçün ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FBİ) ilə yazışma aparılsa da, nəticə əldə edilməyib.

Xudaferin.eu

22:48