Azərbaycan Rəssamlar İttifaqının Vəcih Səmədova adına sərgi salonunda “23-ün rəssamları” adlı sərgi açılıb. Sərgi Rəssamlar İttifaqı və 23 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov çıxış edərək sərgidə nümayiş olunan əsərlərin özəlliyindən danışıb. Vurğulayıb ki, 23 nömrəli tam orta məktəbin şagirdlərinin sərgiyə təqdim etdiyi sənət əsərləri mükəmməlliyi və dərin mənalılığı ilə diqqəti cəlb edir. Sərgidəki rəsmlərin hər birinin balaca fırça ustalarının istedadlarının məhsulu olduğunu deyən F.Xəlilov bildirib ki, onların hər biri gələcəkdə potensial rəssam kimi özlərini təsdiqləyəcək. Məktəbliləri sərgi münasibətilə təbrik edən natiq yaradıcılıq axtarışlarında onlara uğurlar arzulayıb, xeyir-duasını verib.
23 nömrəli tam orta məktəbin direktoru Yuliya Kərimova sərginin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, sərgidə nümayiş edilən müxtəlif mövzulu portretlər bir çox məqamlardan xəbər verir. “Qarşınızdakı sənət əsərləri o şagirdlərindir ki, artıq incəsənət sahəsində qətiyyətli və inamlı addımlarla irəliləyib, paytaxtımızın müxtəlif sərgi salonlarında əsərlərini sərgiləyiblər. Onların gələcəkdə daha böyük nailiyyətlər əldə edərək peşəkar sənət adamları kimi yetişəcəklərinə böyük ümidlərimiz var”, - deyə Y.Kərimova söyləyib.
Təhsil Nazırliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sərgi haqqında fikirlərini bölüşərək nümayiş edilən sənət əsərlərini yüksək qiymətləndirib. Sərginin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirən C.Valehov balaca fırça ustalarına uğurlar arzulayıb. Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə məktəbin 20-dək şagirdinin 80-dən çox sənət əsəri nümayiş olunur. Batika, peyzaj, portret və digər janrlarda olan əsərlərin nümayiş olunduğu sərgi bir həftə davam edəcək. Sərgi məktəblə ittifaq arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən təşkil olunub.
Rəssamlar İttifaqında məktəblilərin rəsmləri sərgilənir

Xudaferin.eu
“Bakı Bürosu”
10:22
Digər xəbərlər