Rihard Vaqner, Adnan Sayqun və Üzeyir Bəy Hacıbəylinin dahiliyinin sirri

Klassik alman musiqisinin dahiləri Ferdinand Ris, Françeska Lebren, Georq Fridrix Hendel, Georq Yozef Foqler, İohan Kristian Bax, İohan Şobert, İohann Sebastyan Bax, Karl Filip Emanuil Bax, Konrad Pauman, Kristof Villibald Qlyuk, Lüdviq van Bethoven, Maks Rixter, Rihard Ştraus, Robert Şuman, Skin on Skin, Yakob Ofenbax və Yohans Brams heç bir zaman Rihard Vaqner ola bilmədilər. 
Rihard Vaqnerin 1831-ci ildən 1883-cü ilə kimi minillərin yaddaşında donub qalmış alman əfsanələrini, mifologiyasını simfonizmə gətirdi. Beləcə kiçik şəhər dövlətlərinə parçalanmış alman xalqının ruhunu yartdı. Məhz bu simfonik əsərlər sayəsində indi mövcud olan Böyük Almaniya yarandı. 1883-cü ildən üzü bu yana, Almaniya tarixin ən dərin böhranları ilə üzləşdi. 1914-1918-ci illərdə I Dünya Savaşı dönəmində Almaniya xalqı 5 milyondan çox insanını itirdi. Bu azmış kimi, 1938-1945-ci illərdə II Dünya Savaşı dönəmində 15 milyondan çox alman vətəndaşı həyatını itirdi. O da bəllidir ki, bütün bu üzücü böhranlardan sonra, qısa zaman kəsimində Almaniya və alman xalqı yenidən dünyanın ən güclü dövlətinə, xalqına çevrildi. Çünki, belə bir anlamın təməli Rihard Vaqaner yaradıcılığına bağlıdır. Bəstəçi olmaq bu deməkdir. 
Türk Dünyası və Azərbaycan tarixində iki dahi bəstəçi, Üzeyir Bəy Hacıbəyli və Adnan Sayqun simfonik əsərləri ilə dövlət və millət olmanın konseptini ortaya qoya biliblər. 1908-ci ildən bu günə kimi Üzeyir Bəyin əsərlərinin xarakterini və mahiyyətini daim aşağılamaq siyasəti yürüdülüb. Özəlliklə də 1991-ci ildə dövlət bağımsızlığımızı qazanandan sonra. Ona görə də, Üzeyir Bəyin davamçıları yetişmirlər. Adını “Milli Konservatoriya” qoymuş bir musiqi ocağını uzun illərdə toyxanalarda sintezator çalan və musiqiçi kimi bəsit, dayaz və cılız olan birisi, Siyavuş Kərimi bu mərkəzə rektorluq edir. “Bakı Musiqi Akademiyası”nın statusu isə qeyri müəyyən olduğu üçün, orada yetişən bəstəçilər Üzeyir Bəyin tuhunu ortaya qoya bilmirlər. Çünki, bütün qapılar onların üzünə bağlıdır. 
1923-cü ildə Türkiyədə Qazi Mustafa Kamal Atatürkün öndərliyində Cümhuriyyət qorulduqdan sonra, ünlü bəstəçi Adnan Sayqunun gündəmə gətirdiyi “Alaturka” konsepti dərhal Atatürk tərəfindən dəyərləndirildi. Bu, ölkədəki bütün toplumları, bütün dinləri və təriqətləri, fəqli bölgə anlayışlarını ortaq anlamda bütünləşdirən bir yol idi. 1950-ci illərdə Adnan Menderes adlı bir Türk düşmanı “Demokrat Partisi” cildinə girərək dış sömürgəçi siyasətlərin hədəflərinə uyğun olaraq “Alafranko” modelini tətbiq etməyə başladı. Bu, aşırı dinçilik, fərqli toplumlar arasında şüuraltı etnik bölücülük hədəflərinə hesablanmış konsept idi. 1961-ci il darbesindən sonra, “Alafranko” adlı dərin siyasi hədəflər də iflasa uöradıldı. 2002-ci ildə bu dəfə “AKP”, yəni Ədalər və Gəlişmə Partisi adı altında iqtidara gələn, gerizəaklı, ilkin ortaçağ ərəb şovinizminin bir parçası olan “əməviliyi” din pərdəsi altında iqtidara gəlişinin sonucu olaraq düz 18 ildir “Alafranko” siyasəti yürüdülməkdədir. 
Azərbaycanda Üzeyir Bəyin konsepsiyası “bağlı qapılar” arxasında gizlədikməkdədir. Bunun əsil suçlusu isə, uzun illər ölkənin ideoloji və idarəetmə siyasətinə rəhbərlik edən Ramiz Mehdiyev və mədəniyyət sahəsinə sorumlu olan Fatma Abdullazadə olublar. 
İndi ölkədə baş verən kadr və struktur islahatları məsələsində fikrimizcə mədəniyyət sahəsində boşluq vardır. Əgər bu boşluğu professional kadrların sayəsində doldura bilsək, o zaman Üzeyir Bəy Hacıbəylinin sənət konsepti sayəsində  Azərbaycan həm Qafqazın, həm də bütün Türk Düyasının mədəni, siyasi, ideoloji, iqtisadi, hərbi və digər sahələrində ən güclü mərkəzinə çevrilə bilər. Azərbaycanın güclü olmamasının sirri bu doktrindədir. 

Ənvər BÖRÜSOY, sənətşünas

00:44