Reks Tillerson: Rusiya ABŞ və Əsəd arasında seçim etməlidir

 

Rusiya Birləşmiş Ştatlar və onun müttəfiqləri ilə yaxşı münasibətlər, yaxud İran, “Hizbullah” və Suriya prezidenti Bəşər Əsədə dəstək arasında seçim etməlidir.

Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Moskvaya səfəri ərəfəsində bəyan edib.

“Biz Suriya xalqının əzablarını yüngülləşdirmək istəyirik. Rusiya bu gələcəyin bir parçası ola və həmin proseslərdə əsas rol oynaya bilər, yaxud bizim fikrimizcə, uzunmüddətli perspektivdə onun maraqlarına cavab verməyən bu qrupa dəstək verə bilər”, - Associated Press agentliyi siyasətçinin bu sözlərini sitat gətirib.

Qeyd edək ki, Reks Tillersonun təyyarəsi artıq Moskvaya enib. Aprelin12-də dövlət katibi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacaq. Aydındır ki, danışıqlarda əsas mövzulardan biri ABŞ-ın Suriyadakı hərbi bazaya raket zərbəsi olacaq. Rusiya xarici siyasət idarəsi ABŞ-ın dövlət katibi ilə məhsuldar danışıqların baş tutacağına ümid etdiyini bildirib.

Xudaferin.eu

20:56