Qambiya diktatoru kürsüdən əl çəkdi

Ölkədə keçirilən son president seçkilərində  uduzan Qambiya prezidenti Yahya Jammeh nəhayət, müxalifətin uzun müddət apardığı dirənişlər nəticəsində, beynəlxalq birliyin ciddi tənqidləri sonucunda prezidentlikdən getməyə razılaşıb. Jammeh deyib ki, o, dialoqun önəminə və afrikalıların öz aralarında demokratiya, iqtisadi və sosial inkişaf yolundakı bütün çətinliklərin öhdəsindən gələ biləcəklərinə inanır.

Keçən ilin dekabrında Qambiyada keçirilən seçkidə qalib gələn Adama Barrou isə bir neçə gün əvvəl Qambiyanın Seneqaldakı səfirliyində prezident andı içib. 2 milyon əhalisi olan Qambiya Afrikanın ən kiçik ölkəsidir. 22 il prezident olan Yahya Jammeh beynəlxalq aləmdə opponentlərinə qarşı repressiyalarda ittiham olunurdu. O, 1994-cü ildə çevriliş nəticəsində hakimiyyətə gəlmişdi. O dönəmdən bu günə kimi ölkədə aşırı bir avtoritar və diktatura rejimini idarə edirdi. Onun prezidentliyi çağında kütləvi şəkildə siyasi məhbuslar var idi. Bundan əlavə, onminlərlə ölkə vətəndaşı məcbur olaraq, digər Afrika ölkələrinə və eləcə də Qərb dövlətlərinə mühacirət etmişdilər.

Xudaferin.eu 

11:07