Pentaqon Əfqanıstana daha 3 min hərbçi göndərmək niyyətindədir
ABŞ Müdafiə Nazirliyi Əfqanıstanda fəaliyyət planını davam etdirmək və bu ölkəyə əlavə qoşun göndərmək niyyətindədir.
Pentaqonun gələn həftə ABŞ Prezidenti Donald Trampa təqdim etmək istədiyi plan Əfqanıstanda yaranan vəziyyətdən “çıxış yoluna” yönəlib. Bəzi ABŞ KİV-ləri söhbətin Əfqanıstana əlavə olaraq 3 min hərbçinin göndərilməsindən getdiyini yazırlar. Ağ evin bu planı təsdiq edəcəyi təqdirdə Əfqanıstana göndəriləcək dəstək qüvvələri yerli hərbçilər və polis qüvvələrinin təlimi və “Taliban” hərəkatına qarşı mübarizədə NATO-nun başçılıq etdiyi missiyada iştirak edəcək.
2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşmasının fəallaşması da müşahidə olunur.

Xudaferin.eu
“Orta Doğu Bürosu”
09:57
Digər xəbərlər