Xalq artisti, baletmeyster Mədinə Əliyeva Azərbaycan Opera və Balet Teatrında işdən çıxıb. Bu barədə açıqlamasında Mədinə Əliyeva özü məlumat verib. O bildirib ki, yanvarın 11-də rəsmi şəkildə teatrdakı işindən ayrılıb: “Vəziyyəti o yerə gətirdilər ki, məcbur olub ərizə yazdım. Səbəb odur ki, mənim işləməyimi istəmirlər. Yəqin mane oluram. Mən Azərbaycanın xalq artistiyəm, qoymurlar işləməyə. Kamilla Hüseynova adlı bir cavanı gətirib teatrda bədii rəhbər vəzifəsinə təyin ediblər. Həm teatrda vəzifəsi var, həm Xoreoqrafiya Akademiyasında… Üzümə açıq deyiblər ki, sənin burda qalmaq şansın yoxdur. Direktor məni yaradıcılıqla məşğul olmağa qoymur.
Mən vəzifə istəmirəm, arzum odur ki, baletimiz inkişaf etsin. Ona görə ki, bu sənətə həyatımı vermişəm. Sadəcə, teatrda sağlam rəqabət yoxdur. Qeyri-professionallığı görəndə susa bilmirəm. Danışanda da deyirlər, maaşınızdan kəsiləcək, pensiya alırsınız və s. Mən pensiyanı, maaşı kiminsə cibindən yox, dövlətdən alıram. Son vaxtlar bizim teatrdan 14 nəfər işdən gedib. Əməkdar artist Rima İsgəndərova, Pərvin Nəcəfova, İntiqam Məmmədov və başqaları. Bədii rəhbər Kamilla Hüseynova təyin olunandan mən on beşinci adamam ki, teatrdan çıxmışam”.
Qeyd edək ki, M. Əliyeva 1983-cü ildən Opera və Balet Teatrında çalışır. Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür (2008). “Qızıl Dərviş” və “Humay” mükafatı laureatıdır. Xalq artisti Nəzakət Teymurova da teatrdan işdən çıxıb.
Opera Teatrından daha 14 nəfər işdən çıxıb

Apa.az
12:23
Digər xəbərlər