ABŞ-da əyləncə mərkəzinə silahlı hücum: ölənlər var

Floridanın Ceksonvilla şəhərindəki bir AVM-də təşkil olunan kompüter oyunu əsnasında baş verən silahlı hücum nəticəsində dörd nəfər ölüb.

Xudaferin.eu xəbər verir ki, bu barədə Ceksonvilla polisi öz “Twitter” hesabında məlumat yayıb.

Məlumata görə, ölənlərdən əlavə, yaralılar da var. Şübhəlinin ölü ələ keçirildiyi, ikinci bir şübhəlinin olub-olmadığının araşdırıldığı qeyd olunub.

Araşdırmalar davam edir. Hadisə yerinin yaxınlarına giriş və çıxış bağlanıb.

Xudaferin.eu

13:07