Almaniyanın partiya lideri “Birləşmiş Avropa Ştatları” yaratmağı təklif edib

Almaniyanın Sosial-Demokratiya Partiyasının sədri Martin Şults Avropada inteqrasiya proseslərinin dərinləşdirilməsini və 2025-ci ilədək “Birləşmiş Avropa Ştatları” yaradılmasını təklif edib.

Xudaferin.eu bildirir ki, bu barədə EU Observer resursu məlumat yayıb. “Federal Avropa yaratmaq üçün konstitusional razılaşma lazımdır”, - deyə partiya lideri deyib.

Martin Şults ratifikasiya üçün Avropa İttifaqı üzvləri olan ölkələrinə bu razılaşmanı təqdim etmək planı ilə bölüşüb. Onun sözlərinə görə, sənəddən imtina edən ölkələr Avropa İttifaqını tərk etməlidirlər. O hesab edir ki, yalnız gücləndirilmiş ittifaq Almaniya, Avstriya, Finlandiya, Fransa və Niderlandda geniş yayılan sağçı milliyyətçilərə qarşı dayana bilər.

Xudaferin.eu

 

20:44