Bakı Musiqi Akademiyasının yaranmasının 95 illiyi konsert proqramı ilə qeyd olunub

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kiçik zalında “Ümumi fortepiano” kafedrasının tələbələri geniş konsert proqramı ilə çıxış ediblər. Konsert Bakı Musiqi Akademiyasının yaranmasının 95 illiyinə həsr olunub. Konsertdə kafedranın tələbələrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Qeyd edək ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası 95 il öncə dahi bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılmışdır. Ötən 95 il ərzində bu musiqi ocağı milli bəstəkarlıq məktəbinin təməl mərkəzi hesab olunur. Bu akademiyanın sayəsində dünya musiqi tarixinə Fikrət Əmirov, Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Soltan Hacıbəyli, Çingiz Hacıbəyli, Rauf Hacıyev, Arif Məlikov və başqa dahi bəstəkarlar tövhə etmişdir.

Xudaferin.eu  

14:03