“Müasirlərimizlə görüş” silsiləsinin növbəti qonağı: Firəngiz Əlizadə

 

Üzeyir Hacıbəylinin ev-muzeyində “Müasirlərimizlə görüş” silsiləsindən növbəti tədbir keçirilib.

Budəfəki görüş Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə ilə təşkil olunub. Tədbirdə muzeyin direktoru, əməkdar incəsənət xadimi Sərdar Fərəcov çıxış edərək Firəngiz Əlizadənin sənətdə öz sözünü demiş, mükafatlara layiq görülmüş musiqiçi olduğunu söyləyib. Diqqətə çatdırılıb ki, F.Əlizadə hələ tələbə vaxtlarından böyük bəstəkarların diqqətini cəlb edib, gənc yaşlarından Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik fəaliyyətinə yaşlayıb. Elə gənclik illərindən ifaçı və bəstəkar kimi paralel fəaliyyət göstərib. Qeyd olunub ki, F.Əlizadə Azərbaycanda XX əsrin qlobal musiqi mənzərəsini təhlil etmək və musiqisevərlərə rahat ifa ilə çatdırmaq missiyasını yerinə yetirməklə böyük xidmət göstərib.

S.Fərəcov Firəngiz Əlizadənin əsərlərinin dünyanın hər yerində səsləndiyini vurğulayaraq deyib ki, o, XX əsr bəstəkarları sırasında əsərləri ən çox ifa olunan bəstəkardır. Bu da Azərbaycan musiqisinin nailiyyətidir. Tədbirdə dünya şöhrətli bəstəkar Firəngiz Əlizadənin yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Görüşdə çıxış edən alimlər Firəngiz Əlizadəni AMEA-nın müxbir üzvü seçilməsi münasibətilə təbrik ediblər. Bildirilib ki, o, professional musiqi səhnələrini fəth edən, dünya miqyasına çıxan bəstəkarlardandır. Tədbirdə Firəngiz Əlizadənin simli kvartet üçün yazdığı “Muğamsayağı” əsəri səsləndirilib.

Xudaferin.eu

16:10