Rəşid Behbudovun xatirəsinə həsr olunmuş konsert törəni keçirildi
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində dünya şöhrətli müğənni, xalq artisti Rəşid Behbudovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə vokalçı, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı Fəxri Kazım Nicatın ifasında unudulmaz sənətkarın repertuarından konsert proqramı təqdim olunub. Onun ifalarını Bakı Musiqi Kollecinin tələbələri müşayiət edib.
Tədbiri giriş sözü ilə Azərbaycan Milli Konservatoriyası nəzdində Bakı Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov açıb. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin arxiv materialları əsasında hazırlanmış, Rəşid Behbudovun həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou nümayiş olunub.
Sonra söz musiqiyə verilib. Konsert proqramı böyük maraqla qarşılanıb.
Muzeydə musiqili görüş

Xudaferin.eu
10:27
Digər xəbərlər