Klassik musiqi gecəsi keçiriləcək

 

Aprelin 28-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalında istedadlı gənclərin ifasında klassik musiqi gecəsi keçiriləcək.

 

Konsert “Mədəniyyət” kanalının və Azərbaycan Radiosunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Filarmoniyası və Üzeyir .Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə layihəsi çərçivəsində baş tutacaq.

Növbəti layihə mayın 11-də Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq. Milli Kamera Ansamblının konsertində xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, əməkdar artistlər Lalə Məmmədova və İlahə Əfəndiyeva, müğənnilər Sərxan Bünyadzadə, Babək Quliyev, Türkay Məlikova, Taleh Yəhyayev çıxış edəcəklər. Ansamblın bədii rəhbəri Arzu Səlimovadır.

Xudaferin.eu

06:12