İstanbulda Qarabağ irsinin təbliği ilə bağlı tədbirlərin keçirilməsi planlaşdırılır

Türkiyə və Azərbaycanın mədəniyyət nazirlərinin görüşünün nəticəsində bir sıra ortaq fəaliyyətlər barəsində razılıqlar əldə olunub. Belə ki, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin (İRCİCA) baş direktoru Halit Erenin rəhbərliyi altında yaxın zamanlarda Qarabağ həqiqətləri ilə bağlı bir sıra tədbirlər həyata keçiriləcəkdir.

Qeyd edək ki, noyabrın 10-da Bakıda işinə başlayan "Qarabağ: tarix və irs" mövzusunda beynəlxalq elmi konfransın təşkilinə və iştiraka görə qonağa təşəkkürünü bildirərək, tədbirin Qarabağ irsinin dünyada tanıdılması baxımından əhəmiyyətini vurğulayıb. Eyni zamanda, gələcəkdə də belə tədbirlərin keçirilməsində Qarabağ həqiqətlərinin dünyaya tanıdılması baxımından birgə əməkdaşlığı yüksək qiymətləndirib. Halit Eren növbəti ildə İstanbulda İRCİCA-nın baş qərargahında Qarabağ irsinin təbliği ilə bağlı tədbirlərin keçirilməsini və alimlərin iştirakı ilə elmi müzakirələrin aparılmasını təklif edib. Ölkəmizdə olmaqdan məmnunluğunu bildirən qonaq hər gəlişində Azərbaycan ilə rəhbərlik etdiyi təşkilat arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün layihələrin reallaşdırıldığını bildirib.

Xudaferin.eu

 

12:32