Azərbaycanlı diaspor rəhbəri Moldovada medalla təltif olunub

Moldova Prezidenti Maya Sandu Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramovun “Vətəndaş xidmətlərinə görə” medalı ilə təltif edilməsi haqqında qərar imzalayıb.

Emil Hüseynli AZƏRTAC-a istinadən Moldova Prezidentinin saytına istinadla verdiyi məlumata görə, soydaşımız medalla ikitərəfli əlaqələrin inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə təltif olunub.

“Moldova-Azərbaycan dostluğuna və əməkdaşlığının, habelə mədəniyyətlərarası dialoqun inkişafında fəal iştirakına görə Moldova Respublikası Azərbaycanlılar Konqresinin prezidenti Elçin Bayramov “Vətəndaş xidmətlərinə görə” medalı ilə təltif edilib”, - deyə qərarda vurğulanıb.

Elçin Bayramov AZƏRTAC-a açıqlamasında bildirib ki, bu qərar Azərbaycan dövlətinə verilən qiymətdir.

“Bu gün dünyada yaşayan hər bir azərbaycanlı üzərinə düşən tarixi məsuliyyəti dərk edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib. Biz Azərbaycan ilə Moldova arasında münasibətlərin inkişafına bundan sonra da töhfəmizi verəcəyik”, - deyə Elçin Bayramov əlavə edib.

Emil Hüseynli

16:28