Bir başkənd əski də olsa başkənddir.

Türkiyənin Konya şəhərində “Uluslararası vüsət simpoziumu” düzənlənmişdir. “Türkiyə Dövlət Radio və Televizyon üst Kurulu” tərəfindən düzənlənən bu simpoziuma 30 fərqli ölkədən 100-dən çox öyrənvi qatılmışdır. Özəlliklə Türkiyənin çeşidli universitetlərində eyitim alan, Türk Dünyasının fərqli bölgələrindən olan öyrəncilər simpoziumda daha fəal olmuşlar. Simpoziumun Konyada kerçirilməsinin başqa bir önəmi isə, Anadoluda ilk dəfə çağdaş düzəndə dünya tarixinin əzəmətli və qüdrətli Türk dövləti olaraq gəlişməsində, Konyanın ilk başkənd olması diqqət çəkmişdir.

Konya böyük şəhər bələdiyyəsinin dəstəyi ilə gerçəkləşən bu simpozimun keçirilməsi üçün “Torku” şirkəti, “Məram Bələdiyyəsi”, “Səlcuk Universiteti”,. TİKA, Kültür və Turizm bakanlığı bu yöndə gərəkən maddi və ictimai dəstəklərini verdilər. 
“Bir başkənd əski də olsa başkənddir” adlı simpozium həm də “Uluslararası Konyada Vüslət” mövzusuna çevrildi. Moğolstandan Balkanlara, Çin səddindən Adriatik dənizinə kimi böyük bir coğrafiyanı qapsayan simpozium iştirakçıları çeşidli mövzularda çıxışlar etdilər. Bu çıxışlarda geneldə Türkiyə ilə ortaq bir uzlaşımda yeni düşüncə düzəni, eləcə də sosial, iqtisadi, mədəni, elmi və digər sahələrdə görülməsi mövzular qabardıldı.
RTÜK başqanı professor, doctor İlhan Yerlikaya öz çıxışında bu simpoziumda irəli sürülən ideyaların, fikirlərin və mövzuların davam etdirilməsi, gərəkən çalışmaların öz görçəkliklərini tapması mövzusunda geniş və əhatəli şəkildə zəruri şərtlərə toxundu.  Konya böyük şəhər bələdiyyəsinin başqanı Tahir Akyürəök, “Səlcuk Universiteti”nin rektoru professor, doctor Mustafa Şahin, Konya vilayətinin valise Yakup Canbolat, RTÜK qurumunun genel kurul üzvləri və öyrəncilər də simpozimun əsas hədəfləri çərçivəsində çıxışlar etdilər. 
Simpoziumda Anadoluda ilk möhtəşəm Türk dövləti olan Səlcuklu və onun başkəndi Konyanın önəmi ilə bağlı bir-birindən maraqlı çıxışlar dinlənildi. Bununla yanaşı, indi mövcud olan bir sıra “radikal hərəkatlar” mövzusu çevrəsində geniş müzakirələr də aparıldı. Yaxın gələcəklə ilgili Anadolu dışında və Türküstan torpaqlarında hər il düzənli olaraq bir sıra simpoziumların keçirilməsi ideyası bu toplantıya qatılanlar tərəfindən dəstəkləndi. Bu il belə bir mövzuda Balkanlarda simpoziumun keçirilməsi qərarı da verildi.

Nazgül Kenjetay
Türkiyə

11:26