Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması Özbək Türkcəsində
Özbəkistandakı səfirliyimizin yanında fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri Daşkənddə “Extremum Press” nəşriyyatında çap olunub.
Əsəri orijinaldan Özbək Türkcəsinə ədəbiyyatımızın yaxın dostu, Özbəkistanın xalq şairi Camal Kamal çevirib. AMM-nin direktoru Samir Abbasov kitaba “Ön söz” yazıb. Nəşrin redaktorları filologiya elmləri namizədləri Erqaş Açilov, Gülbahar Aşurova, rəyçilər Daşkənddəki Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracəddinov və professor Naim Kərimovdur.
Kitabın Özbəkistanın və Azərbaycanın aparıcı kitabxanalarına, elm, təhsil, tədqiqat müəssisələrinə göndərilməsi də planlaşdırılır. Bu ilin əvvəlində isə “Sirlər xəzinəsi” poeması özbək dilində çap edilib, ədəbiyyatsevərlər, ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Hazırda Camal Kamal “İsgəndərnamə” əsərinin tərcüməsi üzərində işləyir.
Samir Abbasov bildirib ki, bu ilin sentyabrında Daşkənddəki Nizami Gəncəvi adına Dövlət Pedaqoji Universitetində və Əlişir Nəvai adına Özbək Türkcəsi və Ədəbiyyatı Universitetində “Leyli və Məcnun” əsərinin təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulur. 2015-ci ildə AMM-nin direktoru Samir Abbasov ilə Camal Kamal arasında bağlanan müqaviləyə əsasən 2018-ci ilə qədər Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan beş poema Özbək Türkcəsinə çevriləcək. Onu da deyək ki, “Xəmsə”yə daxil olan əsərlər hələ Özbəkistanda tam olaraq çap edilməyib.
Camal Kamal Nizami Gəncəvinin əsərləri ilə yanaşı, böyük Azərbaycan şairləri Məhəmməd Füzuli, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və digər ədiblərimizin əsərlərini Özbək Türkcəsinə çeviribdir.
Qeyd edək ki, Azərbaycan dövləti də Camal Kamalın bu xidmətlərini yüksək qiymətləndirir. Mayın sonunda Camal Kamalın Bakıya səfəri təşkil olunub, onun Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Milli Kitabxanası, Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda 80 illik yubileyi və şairlə yaradıcılıq görüşləri keçirilib. Camal Kamal Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu”
11:05
Digər xəbərlər