Müəllim-rəssamın "Əks" sərgisi

 

“Port Baku Mall” sərgi salonunda rəssam Aytən Rzaquliyevanın fərdi sərgisinin açılışı oldu. Tədbirdə onun həmkarları və sənətsevərlər iştirak edirdilər.

 

Sərgidə rəssamın “Art payız 2017" festivalı çərçivəsində "Natürmort. Peyzaj. İnsan" konsepsiyasını əks etdirən yağlı boya rəsmləri nümayiş olunur.  Bildirək ki, Aytən Rzaquliyeva mərhum xalq rəssamı Elbəy Rzaquliyevin qızıdır. O, Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini  (ADMİU) bitiribdirr. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında və ADMİU-da dərs deyir. Sərgi oktyabrın 31-dək davam edəcək.

Xudaferin.eu
“Bakı Bürosu”

12:35