Mülki diplomatiya hücumu

Hollandiya-Türkiyə münasibətlərində Hollandiya Türkləri bunun təsiri altında düşməməlidirlər

Hollandiyada yaşayan Türklərə məxsus “STK” (Sivil Toplum Kuruluşları) qurumları son açıqlamalarında: “Hollandiya və Türkiyə arasında yaşanılan gərginlikdən Hollandiya Türkləri sorumlu deyil və bundan hər hansı mənada kimsə təsirlənməməlidir. Biz öncələrdə olduğu kimi, mülki diplomatiyaya üz tutmaqla bu gərginliyin aradan qaldırılmasını istəyirik”.

“Hollandiya Türkləri Konseyi” adına bu qurumun başqanı Sefa Yürükel, “Hollandiya Atatürkçü Düşüncə Dərnəyi” başqanı Şerife Alparslan və “Avrasiya Vəqfi” adına başqan Fatma Aktaş çox vacib açıqlamalarda bulunublar. Bu yüksək qurumlar həm də ortaq bir açıqlama da yayıblar.

Açıqlamada belə deyilir:
Dəyərli Hollandiya cəmiyyəti!
2017-ci il 10 mart tarixindən bu yana, Türkiyə Cümhuriyyəti və hökuməti ilə Avropa ölkələri və özəlliklə də Hollandiya dövləti arasında baş verən problemlərə münasibətdə diqqətli olmaq bir şərtdir. Türkiyədə keçiriləcək “16 aprel referendumu” məsələsinə görə, bu ölkənin hökumət rəsmilərinin Avropada bir sıra toplantılar keçirmək istəklərinin rədd edilməsi kimi proseslər getdikcə qarşısı alınmaz xarakterə çevrilir.
Yaranmış problemlə bağlı Hollandiya Türkləri çox təsirlənmişlər. Bu məsələdə Hollandiyanın özündə belə insanlar hələ də dərin bir şok içindədirlər. Hollandiyada yaşayan biz Türklər hələdə tədirgin və üzüntü içindəyik.
Biz Hollandiya Sivil (Vətəndaş) Toplum Kuruluşları olaraq, HTK, HADD və Avrasiya Vəqfi adından yaşanılan bu gərginliklərin dərhal aradan qaldırılması, özəlliklə də Türkiyə Cümhuriyyəti və Hökumətinə və eyni zamanda Hollandiya Hökumətinə müraciət edirik.
Türkiyə və Hollandiya hökumətləri, yaşanılan və xoşa gəlməyən gərginliklərin səbəbi nə olursa olsun, bir sıra yersiz müdaxilələr xaricində Hollandiya Türkləri bütün bunlara görə, yaşanılan olaylardan uzaq tutulmalıdır. Hollandiya Türkləri iradəsi xaricində baş verənlərdən bizlər kəsinliklə sorumlu deyilik. Bu mənasız olayları yaradanların fikir və görüşlərini əsla bölüşmürük. Yaranmış sorunu iki ölkənin rəsmiləri bir araya gələrək  yüzillər boyu mövcud olan dostluğumuzun qırılmaması, Holland və Türk xalqlarının son həftə içində baş verən və istənməyən gərginliklərin aradan qaldırılmasının tərəfdarıyıq. Bütün bunların dərhal aradan götürülməsini istəyirik.
Biz hər iki xalqın yüzilliklərə söykənən, xüsusilə də ötən yüzilin 60-cı illərindən başlayaraq, Holland xalqı ilə iç-içə yaşadığımız bir yaşam düzəninə malikik. Holland xalqını üzən və bizim iradəmiz xaricində baş verən bütün olumsuzluqları əsla qəbul etmirik. Baş verənlərə qarşıyıq.
Biz Hollandiyada eyni küçəni, qəsəbəni, şəhəri, iş yerini, havansını və suyunu paylaşdığımız bir ölkənin parçası olaraq, Hollandiya və Türkiyənin arasındakı heç bir məntiqə sığmayan olayları könlümüzcə rədd edirik. Baş verənlərin səbəblərini və nəticəsini bərabər şəkildə qardaşcasına barış içində çözülməsinə çox inanırıq. Dolayısı ilə Hollandiyada yaşayan Türk toplumun, eləcə də Hollandiya və Türkiyənin rəsmiləri arasında davamlı olaraq baş verən və hamımızı rəncidə edən, aşağılayıcı, irqçilik qoxusu verən, bölücü tavırlardan uzaq tutmaqla bu çətin dönəmi birlikdə aşmağı , bərabər şəkildə çözməyimizə inanırıq.
Bu üzdən HTK, HADD və Avrasiya Vəqfi olaraq, Hollandiya hökuməti rəsmilərini, siyasi partiyaları, bələdiyyə başçılarını, media redaktorlarını özümüzün barışçı (sülhpərvər) baxışlarımızı anlatmaq, mövcud problemlərin çözümünə dəstək vermələri baxımından, eyni zamanda Hollandiya Türklərinin bu gedişatdan gərəksiz yerə zərər görmələrini əngəlləmək, Holland xalqı ilə qardaşlıq düzənini irəli aparmaq üçün bu ölkənin bütün rəsmiləri ilə görüşlər keçirmək fikrindəyik. Eyni zamanda bu istəyimizi bütün xalqa da açıq şəkildə bildiririk.
Qarşımızda duran vəzifələrdən biri də ən qısa bir zaman içində Türk və Holland etnik kökənindən olan “STK”-lar ilə görüşlər keçirərək, sivil toplum diplomatiyasını sayəsində yaranmış gərginlikləri aradan qaldırmaq istəyimizi elan edirik.
Hollandiyadakı STK-ların önümüzdəki ən qısa sürəcdə başlanılacaq görüşlərdə sivil toplum diplomatiyası siyasətini müdafiə edənlərlə təmaslara keçəcəyik. Biz bu ideyanın yolçularıyıq.
Hollandiya – Türk dostluğu əbədidir!

Avrupaturkgazetesi.com

19:40