Milyonları udan “Azəristiliktəchizat”da kütləvi ixtisarlar
Milyonları udan “Azəristiliktəchizat”da kütləvi ixtisarlar başlanır. Bu gün əhalinin ən çox şikayət etdiyi qurumlardan olan “Azəristiliktəchizat” ASC-də struktur islahatları gözlənilir. Cəmiyyətin strukturuna mərkəzi idarəetmə aparatı, 11 xidmət təsərrüfatı daxildir. Eləcə də 2 Məhdud Məsuliyyətli Cəmiyyət, Bakı şəhəri üzrə 17 İstilik Sistemləri İstismar Sahəsi, 51 regional istilik təsərrüfatı idarələri, 5 Rayon istilik qazanxanası fəaliyyətdədir. Məlumatda deyilir ki, ASC-nin MMC və xidmət təsərrüfatlarında birləşmə, ixtisar hazırlığı görülür. Əslində “Azəristiliktəchizat” ASC-nin “Azərsu” ASC-yə birləşdirilməsi aktualdır. Əvvəllər də bu plan gündəmdə olsa da, nəticəsiz qalıb. İndi isə islahat paketi masa üzərindədir. Buna qədər isə qurum daxilində struktur islahatları planlaşdırılıb. Azərbaycanda Açıq Səhmdar Cəmiyyətlərinin fəaliyyəti heç də ürəkaçan deyil. Bu qurumları daha çox pulsilən dəzgahlara bənzətmək olar. Onlara rəhbərlik edən şəxslərin əksəriyyəti tenderlərdə pul udur, maxinasiyalara yol verir, büdcə pullarını çırpışdırır. Üstəlik, sözügedən qurum külli miqdarda borcları var. Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyi (İB) qarşısında əlavə olaraq 8 milyon 416 min manat həcmində debitor borcu yaranıb.
“Azəristiliktəchizat” ASC dövlət büdcəsi hesabına həyata keçirilməli olan satınalmaların böyük əksəriyyətini “HTM Holdinq” adlı MMC-yə həvalə edir. Araşdırmalar nəticəsində o da məlum olub ki, Yaşar Həsənovun rəhbərlik etdiyi ASC 2012-ci ildə 19 milyon 137 min 692 manatı 74 tenderdə sərf edib. Bu vəsaitin nə az, nə çox, düz 17 milyon 312 min 700 manatı “yaşayış binaları və sosial obyektlərdə məhəllədaxili istilik xətlərinin əsaslı təmiri, istilik mənbəyinin bərpası və modernləşdirilməsi işlərinin satın alınmasına” xərclənib. Daha ilginci isə odur ki, həmin işlər üzrə bütün vəsait yalnız bir şirkətə - yuxarıda haqqında danışdığımız "HTM Holdinq" MMC-yə yönəldilib. Rəsmi məlumatlara inansaq, adıçəkilən MMC bu işləri 11 tenderin nəticələrinə görə qazanıb, bundan başqa, 361 min 600 manat dəyərində qazanxana, istilik şəbəkəsi, elektrik, nəzarət ölçü cihazları və avtomatika, nəqliyyat təsərrüfatı üzrə zəruri materiallar da adıçəkilən MMC-dən alınıb. Vəsaitin 332 min 211 manatı həmin işlərin layihələndirilməsinə yönəldilib. Bu qədər yeyintiyə yol verən və keyfiyyətsiz iş təqdim edən qurumda struktur islahatları labüddür. Ardınca isə bütövlükdə qurumun ləğvi realdır. Onu da deyək ki, bu islahata səbəb iqtisadi böhranla əlaqədar hökumətin qənaət rejiminə keçməsidir.

Politika.Az
15:40
Digər xəbərlər