Milli Mətbuat Günündə Əsgər Ağa Goraninin məzarı ziyarət edilib

 

 

Qədim Gəncə şəhərində hər il olduğu kimi bu il də Milli Mətbuat Günü ilə bağlı Həsən bəy Zərdabinin məsləkdaşlarından və “Əkinçiqəzetinin yaradıcılarından olan Əsgər ağa Goraninin məzarı ziyarət olunub. Gəncədə çalışan jurnalistlər olan Əsgər ağa Goraninin məzarını ziyarət ediblər.

 

Araşdırmaçı-jurnalist Zakir Muradov dövrünün ən parlaq simalarından olmuş, tariximizdə maarifçi, xeyriyyəçi, publisist, tərcüməçi və teatr xadimi kimi yadda qalan Əsgər ağa Goraninin həyat və fəaliyyətindən danışıb. Bildirib ki, ömrünün son beş ili ərzində Gəncə şəhər bələdiyyə sədri işləyən Əsgər Ağanın təşəbbüsü və şəxsi vəsaiti ilə Gəncədə biri qızlar üçün olan dörd məktəb, bir xəstəxana açılıb, sahil bağı salınıb, yollar və küçələr abadlaşdırılıb, yeni binalar inşa edilib, dahi Nizaminin qəbri təmir olunub. Əsgər Ağa Gorani “Əkinçi”nin ən fəal, zəmanəyə, hadisələrə dəqiq, doğru münasibətini bildirən yazarlarından olub. Qəzetin 17 nömrəsində onun 39 məqaləsi dərc edilib. 1857-ci ildə Gəncə bölgəsinin Goran kəndində doğulan Əsgər ağa Goranı 1910-cu ildə vəfat edib və Gəncədə yerləşən “Şəbiskar” qəbiristanlığında dəfn olunub.

 

Hicran Məmmədova

Gəncə

09:19