Litva Rusiya ilə sərhəddə 45 kilometrlik sədd tikəcək

 

Rusiyanın keçmiş Könisbörq, indiki Kalininqrad vilayəti ilə sərhəddə tikiləcək 45 kilometr uzunluğunda sədd Litvaya 1,335 milyon avroya başa gələcək. Baltik respublikasının Dövlət Sərhədinin Mühafizəsi Xidməti artıq tikinti işlərini aparacaq podratçı ilə razılığın əldə olunduğunu bildirib.

Litva Kalininqrad vilayəti ilə quru sərhədi boyu əlavə elektron nəzarət vasitələri ilə təchiz olunacaq hündürlüyü 2 metrlik məftil sədd çəkmək qərarına gəlib. Ümumilikdə 294,4 kilometr uzunluğu olan Litva-Rusiya sərhədinin 253,7 kilometri qurudan və daxili su hövzələrindən, 18,5 kilometri Baltik dənizindən keçir. Sərhədin 130 kilometrlik hissəsinin nəzarəti daha problemli sayılır. Tikiləcək sədd Litvanın dövlət sərhədlərinin və Avropa İttifaqının xarici sərhədlərinin mühafizəsini asanlaşdıracaq.
Qeyd edək ki, son iki ildə dünyanın bir sıra dövlətləri öz daxili imkanlarını nəzərə alaraq bir sıra qonşu dövlətlərlə sınırları boyunca tikanlı məftillə deyil, daha çox beton hasarlar tikmək kimi prosesləri gündəmə gətirməyə başlayıblar. Beləliklə də sınırlar boyunca texniki nəzarətin gücləndirilməsinə başlanılıb.

Xudaferin.eu
“Avopa Bürosu”

 

09:48