Kvant bilgisayarlar üçün soyutma sistemi yaradılıb

 

 

Finlandiyanın Aalto Universitetinin tədqiqatçılar qrupu kvant bilgisayarın yaradılması istiqamətində mövcud maneələrdən birini aradan qaldıraraq nanosoyuducu yaradıb.

“Naked Science” bildirir ki, adi bilgisayarda informasiya bir və ya sıfırla göstərilən bit şəklində saxlanılır. Lakin kvant bilgisayarlarda informasiya vahidi olan kubit eyni anda bir və sıfır rəqəmi ola bilər. Kubitlər vasitəsilə informasiyanın saxlanılması bilgisayar sisteminin gücünü əhəmiyyətli dərəcədə artıra bilər.

Bildirilir ki, kvant bilgisayarlar reallığa çevrilməmişdən əvvəl alimlər onların bütün komponentlərini yenidən icad etməlidirlər. Tranzistorların, yenidən proqramlaşdırılan çiplərin, məlumatların ötürülmə üsullarının və qeyri-sabit kvant sistemlərinin stabilləşdirilməsi metodlarının hazırlanması üzrə işlər aparılır. Universitet alimləri Mikko Mottonen və Yen Tan kvant dünyasında daha bir ümumi bilgisayar komponentinin - soyutma sisteminin təşəkkülündə irəliləyişə nail olublar.

Xudaferin.eu
Finlandiya, “Helsinki Bürosu”

09:46