Kolumbiya Konqresi üsyançılarla sülh sazişini ratifikasiya edib
Kolumbiya Konqresinin deputatları ölkə hökuməti və “Kolumbiya inqilabi silahlı qüvvələri” (FARC) qruplaşmasının üsyançıları ilə sülh sazişini ratifikasiya edib.
Konqresdə keçirilən səsvermədə saziş lehinə 52, əleyhinə isə 2 səs olmaqla qəbul edilib. Sənəd FARC-ın “siyasi reinteqrasiyasını”, həmçinin Kolumbiya Senatında və Nümayəndələr Palatasında azı 5 yerlə təmsil olunmasını nəzərdə tutur. Bunun üçün onlar gələn il keçiriləcək parlament seçkilərində iştirak etməlidirlər. Sülh sazişinin əsas bəndlərindən biri də qruplaşmanın partiya kimi ölkənin siyasi həyatına cəlb olunmasıdır.
Kolumbiya hökuməti ilə üsyançılar arasında münaqişə Qərb yarımkürəsində ən üzün sürən silahlı qarşıdurma kimi tarixə düşüb. Yarım əsrdən çox davam edən vətəndaş müharibəsi tərəflərin keçən ilin noyabrında imzaladıqları sülh sazişinə əsasən başa çatmaq üzrədir.

Xudaferin.eu
“Avropa Bürosu”
16:02
Digər xəbərlər