Kamuran Kiryakovdan "Bir dişlək alma"

 

Gürcüstanda yaşayıb-yaradan gənc yazar Kamuran Kiryakov demək olar ki, son beş ildə Tiflisdə “Varlıq Ədəbi Birliyi”nin üzvü kimi ən fəal yazarlardan biri sayılır. Onun çox gənc olmasına baxmayaraq, bir sıra hekayələri, esseləri və digər bədii yaradıcılıq örnəkləri anadilli mətbuatda, eləcə də gürcü dilində nəşr olunan ədəbi-bədii dərgilərdə dərc olunur. Gənc yazar Kamuran Kiryakov "Bir dişlək alma" romanı ilə oxucularının görüşünə gəlir.
 

Bu barədə yazar, öz şəxsi "Facebook" səhifəsində yazıb: "Acısı və şiriniylə birlikdə canımdan bir parça olan "Bir dişlək alma" romanımın işıq üzü görməsinə sayılı günlər qaldı... Yazmağa başladığım zaman havalar soyumağa, yazmağı bitirdiyim zaman isə buzlar əriməyə və soyuqlar Vətənimi tərk etməyə başlayırdı. Bir müddət sonra isə güllər açdı və bu kitabı dərc etmə qərarı aldım...

Romanın son cümləsini yazdığımda məni ifadəsiz bir duyğu bürümüşdü. Baxmayaraq ki, əsas personaj olan Vaxo (Vaxtanq Okropirişvili) obrazını mən yaratdım, yəni ki, o sadəcə bir xəyal məhsuludur, lakin o mənə həqiqi insandan daha böyük təsir göstərməyi bacardı. Sevərək oxumağınız diləyiylə".

Xudaferin.eu
Gürcüstan, “Tiflis Bürosu”

10:21