İrəvan kriminal rejimin qərarları ölkədə xaosa gətirib çıxarıb

Ermənistan son on ildə yaşadığı iflasın nəticələrini aradan qaldıra bilmir. Əksər ekspertlər işğalçı ölkədə siyasi, sosial-iqtisadi və demokratik böhranın daha da dərinləşəcəyini proqnozlaşdırırlar. Ermənistan rəhbərliyinin yürütdüyü qeyri-konstruktiv siyasət ölkəni regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə salıb.

Bu fikri jurnalistlərə müsahibəsində keçmiş dissident Paruyr Ayrikyan deyib. Siyasətçi qeyd edib ki, Ermənistan bütün sahələrdə ciddi problemlərlə üz-üzə qalıb. Bununla yanaşı, hakimiyyətdə olan cinayətkar, kriminal rejimin qəbul etdiyi qərarlar vətəndaşların etirazına səbəb olmaqla yanaşı, ölkədə xaos və qarşıdurmalara gətirib çıxarıb. Hökumət yalançı manevrləri davam etdirməyə çalışsa da, Ermənistan faktiki böhran içindədir. Ölkə sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik deyil. Ermənistanın dövlət borcu isə rekord səviyyədədir. Mərkəzi Bankın hesabatına görə, xarici borc gəlirləri 60 faiz üstələyir. Bu isə son 10 il üçün ən böyük göstəricidir. Rəsmi dairələr də inflyasiya prosesinin nəzarətdən çıxdığını, vəziyyətin ağırlaşdığını etiraf edirlər. Ermənistanın Maliyyə Nazirliyi iflasın ölkə üçün ən qorxulu həddə olduğunu bildirir.

Xudaferin.eu

 

12:27