İnsanların həyatında kitabın rolu

 

Kitab insanın gənclik ömrünün ən gözəl.tövfəsidir. Kitab sabaha baxış, bugünə amalı  olan əvəz olunmaz bir varlıqdır. Həyatımızın əvəsiz parçasıdır. Kitab əqidəmizin formalaşmasında həyatımızda mühim rol oynayan ən vacib amildir. Xarakterimizin möhkəmlənməsində fərqli həyatlarla tanış olmağımızı hər bir şəraitdə vəziyyətdən çıxış yolunu göstərir. Həyatın bütün cətinliklərini göstərir.
Kitab hər anımızda bizə lazım.olan ən vacib varlıqdır. Nəinki gənclik ömrünün, insanın hər dövründə mənəvi qidasıdır. Gənclik ömrünün isə ən gözəl hədiyyəsidir. Kamil insan ola bilmək üçün.
Kitabsız kainat yoxsul olar. Kitabsız insan da yoxsuldur. Hər zaman mənəvi aləmi zəngin olan insanlardan olaq. Kitab xoşbəxtlik yolunu açır. İnsan istədiyi hər şeyə sahib ola bilər. Belə ki, iç dünyasında doldurulmayacaq boşluqlar varsa, bütün dünya önünüzə sərilsə belə, yenə xoşbəxt ola bilməzsiniz. Kitab oxumaq adamı özünə inamı daha da güclü olmağı təlqin edir.
İstənilən birisi ilə söhbət zamanı kitab oxumuş adam öz biliklərini nümayiş etdirməyə çalışır, bu zaman onun düşüncəsində yer alanlar həm də özünə əminliyini daha da artır. Bu ətraf mühitin də səni tanımasına, hörmət etməsinə şərait yaradır ki, adamın özünə münasibətinə kəskin təsir edir. Kitab oxumadan əvvəlki vəziyyətinizlə və sonrakı durumunuz arasında fərq meydana gəlir. Bütün bunlar insanların həyata olan baxışları ilə yanaşı, həm də yaşayışının ayrılmaz parçasına çevrilirsə, o zaman kitab oxumanın dəyəri daha da böyüyür və ucalır. İnsan bilik sayəsində ucalırsa, həyatının mənası da artır. Unutmayaq ki, üzü keçmişdən bu yana bütün bəşəri inkişaf məhz kitab oxumaqla əldə edilmişdir. Çünki, elm, bədii təfəkkür, texniki tərəqqi insanın düşüncə sistemi məhz kitabların sayəsində başa gəlmişdir. Bu gün demək olar ki, hər saatda dünyanın bütün yerlərində elmi kəşflər ortaya çıxır. Daha sonra isə, həmin kəşflər bir andaca dünyanın hər yerində yayılır. Bəşəriyyət texniki tərəqqinin əsirinə və girovuna çevrilibdir. Bunu bizlər çox normal şəkildə qəbul edirik. Ancaq, bütün bunlarla yanaşı, insanlıq dəyərimizi qorumaq ən vacib şərtlərdən biridir. Buna nail olmaq üçün isə hökmən kitab oxumalıyıq. Hər bir normal kitab həm də bəşəri mənada insanlıq dəyərinin qorunub saxlanılmasıdır. İndi başdan-başa kataklizmlərlə dolu olan və qanlı savaşların qəddarcasına baş verdiyi ölkələrin mənzərəsinə diqqətlə baxdıqda nələri görürük? Həmin bölgələrdə kütləvi şəkildə yaşanılan savadsızlığın ucbatından, kitab oxumağın əvəzinə mövhumatçılığın insanların iliklərinə qədər tüğyan etdiyinin şahidinə çevrilirik. Elə buna görə də, həmin ölkələrdə insanlıq qul bazarlarının dəyəri ilə ölçülür. Kutab oxuduqca insan köləlikdən də tamamilə uzaqlaşa bilir. Gördüyümüz qanlı savaşların qarşısını məhz kitab oxumaqla almaq daha asandır. Oxumuş millət hər zaman ağıl və zəkanın gücü ilə yaşayar.    

Kitab həyatimızın ayrılmaz bir parcası olaraq qalacaq.

Xudaferin.eu

10:46