Erkən yaşda ailə qurmanın psixoanalizi

 

Cəmiyyətdə bu gün rastlaşdığımız ən çox sarsıdıcı olaylardan biri də erkən yaşda ailə qurmaq həm psixoloji, həm mənəvi, həm də fizioloji baxımdan istənilən insan üçün olduqca zərərlidir. İnsan öz əqidəsini tapmalı öz yerini tapmaq üçün yeniyetməlik yaşını keçməli, sağlam psixologiyaya sahib olmalıdır. Amma bu günün reallaıqlarına diqqət yetirdikdə görürük ki, bütün bunlar bəzi ailələrdə önəmsənilmir. Azərbaycanın bəzi bölgələrində bu problem hələ də aktual olaraq qalır. Özəlliklə də aızları 15-16 yaşlarında ailə qurmağa məcbur edirlər. Durumun belə bir həddə çatması həm də istənilən qadının, ilk növbədə onun psixologi durumunun gərginləşməsinə səbəb olur. Erkən yaşında ailə quran qızların əksəriyyətinin sağlamlığında böyük problemlər yaranır. Onların xəstə uşaq dünyaya gətirmək ehtimalı isə böyükdür. Digər tərəfdən isə həmin uşaqlar psixoloji cəhətdən çox zəif olurlar. Hamıya məlumdur ki, erkən nigah savadsızlığın kütləvi şəkildə  artmasına səbəb olur. Çünki erkən nigaha daxil olan qızların əksəriyyəti, demək olar ki nəinki ali təhsil, heç orta təhsil belə almırlar. Çünki hələ ailə həyatı qurmağa hazır olmayan və özü uşaqlıq yaşından çıxmamış qızlar valideynlərinin təziyqləri altında ailə qurmağa məcmur olunurlar. Bu da həmin ailədə problemlərin olmasından qaynaqlanır və daha sonrakı həyatında daha dərin problemlərin yaranmasına səbəb olur. Bununla yanaşı, həmin ailələrdə uşaqların uşaqlığını, təhsilini və bir çox arzularını əlindən alırlar. Bu kimi ailələrdə nigahın pozulması, xəstə uşaqların dünyaya gətirilməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur. Bu gün ən çox diqqət çəkən məqamlardan biri də sosial bəlaya çevrilmiş boşanmaların statistikasına nəzər salanda dağılan ailələrin əksəriyyəti erkən yaşda qurulan ailələrin payına düşür. Erkən nigahdan dünyaya gələn uşaqların gələcəyinə kölgə salmamalıyıq. Erkən nigahlara son qoyulmalı, insanlar maariflənməlidir. Gələcəyimiz inkişaf etməlidir. Onu da qeyd etməliyik ki, erkən nikah anlayışı sosial baxımdan hüquqların ən çox pozulduğu ölkələrdə baş verir. Çünki, bir yandan həmin ölkədə qanunsuzluqların baş alıb getməsi, o biri yandan demokratiya olmaması, insan azadlıqlarının hər addımda pozulması da bu sosial bəlanın dərinləşməsinə səbəb olan əsas amillərdən biridir.  

Xudaferin.eu

12:04