Hərbçilərin bədii özfəaliyyətə baxış-müsabiqəsi

Gəncə Qarnizonu Zabitlər evində hərbi qulluqçular arasında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan bədii özfəaliyyətə baxış-müsabiqəsi davam edir. Baxış-müsabiqədə hərbi qulluqçuların bədii yaradıcılığın müxtəlif növlərində (mahnı, muğam, rəqs, instrumental ifaçılıq, bəstəkarlıq, poeziya, bədii qiraət və s.) öz istedad və qabiliyyətlərini nümayiş etdirməsinə imkan yaradılıb. Beyləqan, Bərdə, Şəmkir və Gəncədə təşkil edilən seçim turunda 221 hərbi qulluqçu iştirak edib. Seçilən 98 hərbi qulluqçudan 25-i yarımfinala yüksəlib.

Müsabiqənin final konserti dekabrın 28-də, qaliblərin mükafatlandırılması isə dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilən qala-konsertdə olacaq. Baxış-müsabiqə haqqında ətraflı məlumatı www.veten-ugrunda.az saytından və “facebook.com”dakı “Vətən uğrunda” səhifəsindən əldə etmək olar.

Xudaferin.eu

13:31