Güney Azərbaycan kinematoqraflarının 9 qısametrajlı film Türkiyə festivalında

 

Güney Azərbaycanda Türk dilində çəkilmiş 9 qısametrajlı bədii və sənədli film Türkiyənin Malatya elində keçiriləcək uluslararası film festivalının “Sərhədlər Bihudədir” adlı özəl bölməsində nümayiş etdiriləcək.

“Malatya Uluslararası Film Festivalı” noyabrın 9-da başlanıb noyabrın 16-a qədər davam edəcək. Güney Azərbaycandan bu festivala qatılan filmlərin nümayiş üçün hazırlanmasında əməkdaşlıq edən rejissor Rza Siyami və kino yazarı Rza Oylum bu yöndə “Xudaferin.eu” saytına bilgi veriblər. İsmayıl Munsifin “Ağlar”, Leyla Novruzinin “Mən ismətəm”, Rza Camalinin “Körpü”, Leyla Əhədinin “Şamdaninin Qışı”, Əlirza Salmanpurun “Közmək”, Siyamək Atanın “Doğuş”, Hayidə Muradinin “Qarlı damlar”, Hüseyn Əsl-Abdullahinin “Başlanğıc zamanı ölmək” və Ərturan Nəcəfinin “Səs” filmləri  Güney Azərbaycanı Malatya festivalında təmsil edəcəkdir.

Güney Azərbaycanda ana dilində çəkilən filmlərin estetik kodları ilə türk kültürünü ustalıqla bir araya gətirən rejissorlarının qısa filmlərini festivalda öznün növbəti sözünü deyəcəkdir.

Malatya Festivalının “Sərhədlər Bihudədir” bölməsi üçün hazırlanmış posterdə Güney n Azərbaycandan qatılan filmlər haqqında belə yazılıb: “Güney Azərbaycan kinosunun estetik kodları ilə Türk kültürünü ustalıqla bir araya gətirən bu rejissorların qısametrajlı filmlərini festivala qonaq edəcəyik.”

Rejissor və müəllifi Ərturan Nəcəfi olan “Səs” filmi “Sərhədlər Bihudədir” bölməsindən əlavə, Uluslararası Qısa Metraj Yarışması qismində də olacaq. Onuda qeyd edək ki, Urmuda çəkilmiş “Səs” bu yaxınlarda Tatarıstan Respublikasının başkəndi Kazanda keçirilən “Kazan Uluslararası Kino Festivalı”nda ən yaxşı qısametrajlı bədii film mükafatına layiq görülüb.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

09:50