Güney Azərbaycan erməni vəhşiliyini pisləyir

 

 

Qarabağa dəstək üçün imzatoplama kampaniyası davam edir

Ermənistan Silahlı Qüvvələrinin Qarabağda xain hücumları və dinc sakinləri hədəfə alması Güney Azərbaycanda səssiz qarşılanmayıb. Xüsusilə 2 yaşlı Zəhranın və nənəsinin şəhid olması güneyli soydaşlarımızı hiddətləndirib.

Türkiyədə yaşayan güneyli soydaşlarımızın verdiyi məlumata görə, İranda 40 milyon üzvü olan populyar telegram sosial şəbəkəsində erməni vəhşiliyinə etiraz olaraq imza toplama kampaniyası keçirilib. Tək bir gün ərzində 18 min istifadəçi Qarabağın dinc azərbaycanlı sakinlərinə dəstək nümayiş etdirib, erməni vəhşilyini pisləyib. Kampaniyanın davam etdiyi bildirilir.
Qeyd edək ki, Güney Azərbaycan Milli Hərəkatının fəalları teleqram sosial şəbəkəsində Qarabağ məsələsində İran mollakratiya rejiminin işğalçı Ermənistanla strateji müttəfiqlik siyasətini kəskin şəkildə suçlamaqla yanaşı, Azərbaycan Respublikasına və eləcə də Qarabağın erməni işğalından azad edilməsi üçün geniş miqyaslı təbliğatlara başlayıbdır.
 

Aydın

Cebhe.info

 

09:16