Fətoşun Obamanın qohumları ilə bağlı təlimatı üzə çıxdı

Pensilvaniya ştatında yaşayan, Türkiyədə dövlət çevrilişləri məsələsində cinayətkar kimi 2002-ci ildən axtarışda olan, nurçular təriqətinin lideri Fətullah Gülənin ABŞ prezidenti Barak Obama ilə bağlı təlimat verdiyi üzə çıxıb. Belə ki, Gülən Barak Obamanın Kenyadakı qohumlarının bu ölkədə açılan məktəblərdə pulsuz oxuması üçün təlimat verib. Cebhe.info xəbər verir ki, bu məqam Türkiyə parlamentində 15 iyul çevriliş cəhdini araşdıran komissiya tərəfindən aşkarlanıb.

936 səhifəlik hesabat hələlik bütün komissiya üzvləri tərəfindən tam oxunaraq imzalanmayıb. İlkin məlumata görə, sənəddə FETÖ-nün 160 ölkəni əhatə etdiyi və Obamanın hakimiyyəti illərində fəaliyyətini daha da genişləndirdiyi qeyd edilib. Yüksək rütbəli məmurlarla əlaqələr yaratmaq üçün heç bir xərcdən qaçmamaq tapşırılıb. Həmçinin seçkilərdə inanələr veirlib. Gülənin təlimatına əsasən Obamanın qohumları Kenyadakı camaat məktəblərində pulsuz təhsil alıb. FETÖ-nün 2007-ci ildən bəri İstanbul imamı kimi tanınan və Kenya üzrə məsul nümayəndəsi olmuş Əhməd Kara Barak Obamanın andiçmə mərasimində qonaqlar arasında yer alıb. Obamanın Kenyada yaşayan ailəsi ilə əlaqələr yaradılması da bu şəxs tərəfindən təmin edilib.

Xudaferin.eu

11:01