Estoniyanın bütün guşələrinin sürətli internetlə təmin edilməsi üçün 20 milyon avro ayrılacaq
Estoniyanın İqtisadiyyat və Kommunikasiya Nazirliyi Texniki nəzarət departamenti ilə əməkdaşlıq şəraitində rabitə müəssisələri ilə ölkənin bütün nöqtələrində bazar şərtləri əsasında sürətli internetin təmin edilməsini təmin etmək üçün ictimai məsləhətləşmələr aparır.
Nazirlik bütün rabitə bazarı iştirakçılarına Estoniya üzrə sürətli internetin olmadığı bütün ünvanları göstərməyi xahiş edib. Yəni, bu ərazilərdə internetin yüklənmə sürəti saniyədə 30 meqabitdən azdır və özəl sektor yaxın beş ildə öz təşəbbüsü ilə biznesini genişləndirməyi planlaşdırmır. Estoniyanın sahibkarlıq və informasiya texnologiyaları naziri Urve Palo qeyd edib ki, ölkə ərazisində bütün insanlar və müəssisələr, o cümlədən şəhərlərin və yaşayış məntəqələrinin hüdudlarından kənarda olanlar da keyfiyyətli internet bağlantısından istifadə edə bilməlidir. Onun sözlərinə görə, dövlətin resursları özəl sektorun öz layihələrini inkişaf etdirmədə maraqlı olmadığı yerlərə yönəldiləcək. Layihənin bu hissəsinin dəstəklənməsinə sərf ediləcək vəsaitin həcmi 20 milyon avrodur, işlərin həyata keçirilməsinə isə 2018-ci ilin əvvəlindən başlanacaqdır.

Xudaferin.eu
"Avropa Bürosu"
09:35
Digər xəbərlər