Erməni şirkətlə işləyən quşçuluq təsərrüfatlarının işi istintaqda
Erməni şirkətlə işləyən quşçuluq təsərrüfatlarının işi istintaqda?Azərbaycanda erməni şirkəti ilə ortaqlıqla bağlı cinayət işi başlana bilər. Bu barədə Politika.Az-a hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat daxil olub. Ehtimal olunur ki, Azərbaycanın quşçuluq müəssisələrilə əməkdaşlıq edən Türkiyənin “Emre Piliç” şirkətinin erməni ortaqları olmasının üzə çıxması istintaqı hərəkətləndirə bilır. Bu şirkətin ortaqları arasında milliyətcə erməni Arto Sevan Oskayan və Andranik Raffi Bozaçıyan da var. Türkiyənin iri broyler şirkəti “Emre Piliç” Azərbaycana quşçuluq məhsulları idxal edir. Bu informasiyanı azpolitika.info yaymışdı. Redaksiyamıza gələn son xəbərə görə, Bakıda bu məsələ barədə araşdırma başlana bilər. İstintaq tərəfindən ölkəmizdəki quşçuluq təsərrüfatı sahiblərinin dindirilməsi gözləniləndir.
Azərbaycandan isə bu şirkətlə təması olanlar arasında “Bakı Quşçuluq”, “İmişli Quşçuluq”, “Səba” ASC, “Abşeron” MMC, “Şəfalı Broyler”, “İsmayıllı Quşçuluq”, “Buzovna Broyler”, “Dəvəçi Quşçuluq”, “Aqrolizinq” QSC, “Şəmkir Quşçuluq”, “İspanyolla” ticarət mərkəzi, “Hacıqabul Quşçuluq”, “Siyəzən Broyler”, “Qaradaşlı Broyler” və digərlərinin adı hallanır. Bu şirkətlər “Emre Piliç”dən əsasən damazlıq yumurta alırlar.
Xəbərdə bildirilir ki, ötən il “Emre Piliç”in rəsmi sahibləri arasında iki erməninin olduğu üzə çıxandan sonra yuxarıda adı çəkilən quşçuluq təşərrüfatlarının bir çoxu bu əməkdaşlıqdan imtina edib. Hətta buna görə “Əmrə Piliç” onların bəzilərini məhkəmə ilə hədələyərək, bağlanmış müqavilənin yerinə yetirilməsini tələb edib. Lakin bəzi müəssisələr bu təhdidə boyun əyməyib.
Lakin tezliklə “Emre Piliç”in erməni və türk ortaqları Azərbaycandakı biznesin davam etdirilməsinin yolunu tapıblar. Belə ki, “Emre Piliç”in ortaqları rəsmi səhmdarları arasında sözügedən 2 erməninin adının olmadığı yeni şirkətlər - “Orallar” və “Qaranti”ni təsis edərək, Azərbaycan istiqamətində biznesi bu şirkətlər üzərindən həyata keçirməyə başlayıblar. Ancaq heç şübhəsiz ki, “Orallar” və “Qaranti”nin faktiki sahibləri arasında Arto Sevan Oskayan və Andranik Raffi Bozaçıyan da var. Politika.Az xəbər verir ki, noyabrın 1-dən Azərbaycana gətirilən 40-dan çox adda məhsulun idxal rüsumu artırılıb. Artıq onları xaricdən gətirmək iqtisadi baxımdan sərfəli olmayacaq.
Bir ay öncə rüsumu artırılan məhsullar arasında toyuq əti və yumurta da vardı. Ölkədə toyuq və yumurtanın topdansatış qiymətlərində bahalaşma müşahidə edilməkdədir. İlkin versiyalara görə, qiymətlərin qalxmasına səbəb ötən ildən ziyanla işləyən quşçuluq müəssisələrinin vəziyyətinin daha da kritikləşməsidir. Belə ki, hökumət quş yemini əlavə dəyər vergisindən (ƏDV) azad etmədiyindən və bu sahə ilə bağlı çoxsaylı gömrük rüsumları tətbiq etdiyindən quşçuluq müəssisələrinin xərci çoxalıb, istehsal imkanları zəifləyib.

Politika.Az
15:51
Digər xəbərlər