“Disney” Merdokun “21st Century Fox” kompaniyasını 52 milyard dollara satın alır
“Walt Disney” media maqnatı Rupert Merdokun “21st Century Fox” kompaniyasını 52,4 milyard dollara satın alacağını bildirib. Sövdələşmənin şərtlərinə görə, “Disney”, həmçinin “Fox” kompaniyasına məxsus “Sky” peyk kanalının aktivlərinin 39 faizinə, “20th Century Fox” kinostudiyasına, “National Geographic” telekanalına və digər ölkələrdə nəzarət etdiyi media şirkətlərinə də sahib olacaq.
Xudaferin.eu BBC agentliyinə istinadla xəbər verir ki, bununla yanaşı, “X insanlar”, “Avatar”, “Simpsonlar” da daxil olmaqla, franşizaların hüquqları da “Disney”ə keçəcək. Eyni zamanda, o, buna qədər bir neçə kompaniyanın - “Disney”, “Fox”, “Comcast” və “Time Warner”in sahib olduğu “Hulu” striminq servisində də öz payını artıracaq.
“Fox”un əlində isə yalnız əsasında yeni kompaniyanın qurulacağı xəbər və idman kanalları qalacaq. “21st Century Fox” kompaniyası sövdələşmədən sonra bəyan edib ki, “Sky” telekanalının qalan 61 faizinin alınmasından da imtina etmək fikrində deyil. Maliyyə əməliyyatları 2018-ci il iyunun 30-dək başa çatmalıdır. Bu halda “Sky” telekanalı tam olaraq “Disney”in nəzarətinə keçəcək.
“Fox” qrupu kompaniyasının satışı 86 yaşlı media maqnatı Rupert Merdokun yarım əsrlik biznes genişlənməsinə son qoyacaq. O, 21 yaşında atasından miras olaraq Avstraliya qəzetini alıb, bundan sonra dünyanın ən iri media imperiyasını yaradıb.

Xudaferin.eu
19:20
Digər xəbərlər