Diktator Uqo Çavesin heykəli dağıdıldı

 

Venesuelanın Vilya-del-Rosario şəhərində etirazçılar sabiq prezident Uqo Çavesin heykəlini dağıdıblar. Bu barədə “Nacionalqəzeti məlumat verib. Venesuela hökuməti insidentlə əlaqədar hələ ki, şərh verməyib.

 

Bu olaydan öncə ölkə Ali Məhkəməsi müxalif parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Qərar ölkədə kütləvi etirazlara səbəb olub. Yeni etiraz aksiyalarına səbəb Ana Yasa Assambleyasının çağırılması olub. Bunu ölkə prezidenti Nikolas Maduro paytaxt Karakasda keçirilən 1 May nümayişində bəyan edib. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma dövlət quruluşunu dəyişməklə yanaşı qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Ana yasa Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirib.

Xudaferin.eu
“Amerika Bürosu”

 

10:04