“China Daily” qəzeti iqlim dəyişikliyi ilə mübarizəyə dəstək üçün yaradılmış beynəlxalq Fondun Bakı iclasından yazıb
Çinin ingilisdilli “China Daily” qəzeti iqlim dəyişikliyinin mənfi təsirlərinə xüsusi həssaslığı ilə seçilən inkişaf etməkdə olan ölkələrə yardım məqsədilə yaradılmış İtki və Zərərə Cavab Fondunun İdarə Heyətinin Bakıda keçirilmiş 3-cü iclası barədə məqalə yayımlayıb.
Çinin nüfuzlu nəşri sıx əməkdaşlıq etdiyi AZƏRTAC-da yayımlanmış materiala istinad edərək, tədbirə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, BMT və digər beynəlxalq təşkilatlar, Dünya Bankı, beynəlxalq qeyri-hökumət təşkilatları və həmfikir qruplardan ümumilikdə 200-ə yaxın nümayəndə qatıldığını bildirib. Qeyd olunub ki, İtki və Zərərə Cavab Fondunun İdarə Heyətinin üçgünlük iclasında Fondun Dünya Bankı sistemində maliyyə qurumu statusu əldə etməsi və tam əməli fəaliyyətə başlaması ilə bağlı tarixi əhəmiyyətli qərarların qəbul edilməsi gözlənilir.
Məqalədə COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin iqlim dəyişikliyinin təbiətə ziyan dəyməsi və insan itkiləri ilə müşahidə olunmasına, iqlim dəyişikliyindən zərər çəkən ölkələrə yardım göstərilməsində İtki və Zərərə Cavab Fondunun mühüm rol oynayacağına dair fikirləri də əksini tapıb.
Məqalə ilə ətraflı bu linkdə tanış olmaq mümkündür.
Qeyd edək ki, çap versiyası və rəqəmsal platformalar üzrə 300 milyondan çox oxucusu olan nüfuzlu “China Daily” qəzeti təkcə Çində deyil, eləcə də dünyada ingilis dilində nəşr edilən ən populyar qəzetlərdən biridir. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxucularından çoxdur. “China Daily” Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar haqqında AZƏRTAC-ın onlarla materialını öz internet səhifəsində yerləşdirib.

Şahin Cəfərov
Xudaferin.eu
16:17
Digər xəbərlər